mobil versiya

Azərbaycan və ABŞ-ın NATO-dakı nümayəndələri görüşüb - İrandakı səfirliyimizə hücum müzakirə olunub



Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ABŞ-ın Alyansdakı daimi təmsilçisi Julianne Smislə görüşüb.

Bunu C.Hüseynzadə tviterdə yazıb.
Tərəflər yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu müzakirə ediblər.
Görüşdə həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfələr, ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Laçın yolundakı durum barədə fikir mübadiləsi aparılıb.(Report)


KARUSEL / SİYASƏT
Tarix: 7-02-2023, 11:46