mobil versiya

Ötən sutka narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib



Fevralın 16-da ölkə ərazisində qeydə alınan 88, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 99, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.


KARUSEL / HADİSƏ
Tarix: 17-02-2023, 10:23