mobil versiya

Azərbaycanlı xilasedicilər dağıntılar altından qızıl və zinət əşyaları tapdı




Türkiyənin Hatay bölgəsində FHN-in xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

KARUSEL / DÜNYA
Tarix: 20-02-2023, 10:21