mobil versiya

Terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə qəbul edilmiş qətnamələr - SİYAHI


Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısı təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Siyahının təsdiq edilməsi ilə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq standartların tətbiqinin effektivliyinin artırılması gözlənilir:.
Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə qəbul edilmiş qətnamələr:
1999-cu il 12 sentyabr tarixli 1267 nömrəli Qətnamə;
2000-ci il 19 sentyabr tarixli 1333 nömrəli Qətnamə;
2001-ci il 30 iyul tarixli 1363 nömrəli Qətnamə;
2001-ci il 28 sentyabr tarixli 1373 nömrəli Qətnamə;
2002-ci il 16 yanvar tarixli 1390 nömrəli Qətnamə;
2002-ci il 20 dekabr tarixli 1452 nömrəli Qətnamə;
2003-cü il 17 yanvar tarixli 1455 nömrəli Qətnamə;
2004-cü il 30 yanvar tarixli 1526 nömrəli Qətnamə;
2005-ci il 29 iyul tarixli 1617 nömrəli Qətnamə;
2006-cı il 19 dekabr tarixli 1730 nömrəli Qətnamə;
2006-cı il 22 dekabr tarixli 1735 nömrəli Qətnamə;
2008-ci il 30 iyun tarixli 1822 nömrəli Qətnamə;
2009-cu il 17 dekabr tarixli 1904 nömrəli Qətnamə;
2011-ci il 17 iyun tarixli 1988 nömrəli Qətnamə;
2011-ci il 17 iyun tarixli 1989 nömrəli Qətnamə.
Kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə qəbul edilmiş qətnamələr:
2006-cı il 14 oktyabr tarixli 1718 nömrəli Qətnamə;
2009-cu il 12 iyun tarixli 1874 nömrəli Qətnamə;
2013-cü il 22 yanvar tarixli 2087 nömrəli Qətnamə;
2013-cü il 7 mart tarixli 2094 nömrəli Qətnamə;
2015-ci il 20 iyul tarixli 2231 nömrəli Qətnamə;
2016-cı il 30 noyabr tarixli 2321 nömrəli Qətnamə;
2017-ci il 2 iyun tarixli 2356 nömrəli Qətnamə
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-03-2023, 19:04