mobil versiya

Latviya Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır



"Latviyanın “airBaltic” şirkəti bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır".
"Report" xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.
O qeyd edib ki, bununla da latviyalı turistlərin Azərbaycana gəlməsi və Azərbaycan vətəndaşlarının Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq.

KARUSEL / SİYASƏT
Tarix: 8-03-2023, 17:26