mobil versiya

"İslam dininin peyğəmbərinin təhqiri halalları davam edir" - Şeyxülislam



"Ölkəmizdə dinlərarası nadir həmrəylik mövcuddur. Dünyəvi demokratik Azərbaycanda müxtəlif din mənsubları qardaşlıq, dostluq şəraitində yaşayırlar, dövlətin bütün qayğıları ilə təmin olunurlar".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” adlı aralıq sessiyada çıxışı zaman deyib.
O bildirib ki, İslam dininin peyğəmbərinin təhqiri halalları davam edir.
Erməni terror şəbəkəsinin də təməlinin məhz Fransada qoyulduğunu vurğulayan şeyxülislam əlavə edib: “Din adından sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, milyonlarla insan üçün təhqir halallarının qarşısının alınması olduqca zəruridir. Dini zəmində qarşıdurmaya çağırış hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən qınanmalıdır”.


KARUSEL / CƏMİYYƏT
Tarix: 16-03-2023, 18:11