mobil versiya

“Qarabağ”la “Qalatasaray”ın qardaş klublar olması ilə bağlı təqdimatın gecikmə səbəbi bəlli olub



“Qarabağ” və Türkiyə “Qalatasaray”ının qardaş klublar olması ilə bağlı təqdimatın gecikmə səbəbi bəlli olub.
İstanbul təmsilçisindən “Report”a verilən məlumata görə, Türkiyədə futbol gündəminin sıx olması əməkdaşlığın rəsmiləşdirilməsini yubadır.
Bildirilib ki, “Qalatasaray” tərəfi bunu böyük tədbirlə elan etmək niyyətindədir: “Hazırda Türkiyədə futbol gündəmi çox qarışıqdır. “Qarabağ”la əməkdaşlıq tədbirinin indiki vəziyyətdə kölgədə qalmasını istəmirik. Bu məsələ ilə bağlı çalışmalara başlanıldığı zaman məlumat veriləcək”.
Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” martın 26-da Bakıda xeyriyyə oyununda üz-üzə gəlib, Türkiyə klubu 2:1 hesablı qələbə qazanıb. Həmin vaxt “cim-bom”un prezidenti Dursun Özbek “Qarabağ”la qardaş klub olacaqlarını və bu yöndə təqdimatın bir həftə sonra ediləcəyini açıqlamışdı. 

KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-04-2023, 17:35