mobil versiya

Bakıda Rusiya ordusunda xidmətlə bağlı bukletlər paylanır?



Bakı şəhərində Rusiya ordusunda xidmətlə bağlı bukletlərin paylandığı iddia edilib. 
“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumata görə, əsasən rusların kompakt yaşadığı ərazilərdə gözə çarpan bukletlərdə Rusiya ordusunda müqaviləli xidmətin üstünlükləri və şərtləri barədə məlumat yer alıb.
Bukletlər Rusiya ordusunda xidmətlə bağlı “babalarımız kimi, vətən üçün çiyin-çiyinə duraq” başlığı ilə paylanıb.  Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar vəd edildiyi bildirilir.
Bukletdə qeyd edilib ki, müqaviləni imzalayan şəxs altı aylıq xidmətdən sonra Rusiya vətəndaşlığı alır. Əgər şəxs vətəndaşlığı alırsa, özü və ailəsi üçün rəsmi mənzil almaq hüququ qazanır.
Digər iddiaya əsasən isə sözügedən bukletlər Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə paylanılır.
Tələb şəxslərin 18-60 yaş aralığında olmasıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev mətbuata bildirib ki, bu barədə məlumatlıdırlar, məsələ araşdırılır.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının hər hansı xarici ölkənin ordusunda xidmət etməsi qanunla qadağandır və bu barədə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulub.





KARUSEL / CƏMİYYƏT
Tarix: 5-04-2023, 18:26