mobil versiya

"Azneft" dairəsində bu gün hərəkət məhdudlaşdırılacaq



Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib: "Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır. Bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik".

KARUSEL / CƏMİYYƏT
Tarix: 7-04-2023, 11:42