mobil versiya

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Vidadi Zalovla vida mərasimi başa çatıb



Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalovla vida mərasimi başa çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, hazırda şəhidin cənazəsi dəfn edilməsi üçün Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanına aparılır.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Allah rəhmət eləsin!

KARUSEL / GÜNDƏM
Tarix: 12-04-2023, 11:05