mobil versiya

6 məktəb onlayn tədrisə keçəcək



Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışı ilə əlaqədar 24-30 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 19-04-2023, 16:39