mobil versiya

Peskov oğlunun Ukraynadakı müharibədə iştirak etdiyini təsdiqləyib



Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayın Ukraynadakı müharibədə iştirak etdiyini təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, təfərrüatı açıqlamayıb.
“Nikolay vaxtı ilə Rusiya Silahlı Qüvvələrində xidmət edib. Öz borcunu yerinə yetirib. İndi də belə bir qərar verib. Amma mən bu barədə daha çox danışmaq istəmirəm”, - D.Peskov vurğulayıb.
Qeyd edək ki, daha əvvəl “Vaqner” muzdlu hərbi təşkilatının qurucusu Yevgeni Priqojin Nikolayın “Vaqner”in tərkibində döyüşdüyünü bildirmişdi.

KARUSEL / DÜNYA
Tarix: 24-04-2023, 14:27