Qeydə alınan 117 cinayətin üstü açılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarılan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
KARUSEL / HADİSƏ
Tarix: 5-05-2023, 10:54