mobil versiya

“Beşiktaş” komandası bu tarixdə Bakıya gəlir



“Sabah” futbol klubu ilə xeyriyyə matçında qarşılaşacaq Türkiyənin “Beşiktaş” komandasının Bakıya səfər proqramı açıqlanıb.
İstanbul təmsilçisi Bakıya oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.
Türkiyə təmsilçisi “Hilton” hotelində məskunlaşacaq. Super Liqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

KARUSEL / İDMAN
Tarix: 9-05-2023, 09:01