mobil versiya

Rusiyanın itkiləri 195 min nəfəri keçib



Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 195 620 hərbçisi məhv edilib.
“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı yayıb.
Bildirilib ki, son sutka ərzində 650 Rusiya hərbçisi zərərsizləşdirilib.
Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 7234 tank, 7 258 zirehli maşın, 2 618 operativ-taktiki PUA, 3 031 artilleriya sistemi, 307 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 969 avtomobil və tanker, 955 qanadlı raket, 18 gəmi və kater, 388 xüsusi texnikadan ibarətdir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

KARUSEL / DÜNYA
Tarix: 9-05-2023, 10:27