“Zəfər Muzeyi fondlarının komplektləşdirilməsi üçün indiyədək 8611 əşya toplanılıb”

Bu sözləri İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli söyləyib.
“Əşyaların toplanması prosesinə tələblər cəlb edilib. Azərbaycan İstiqlal Muzeyində istehsalat təcrübəsi keçən Mədəniyyət və İncəsənət Universiteti, Turizm və Menecment Universitetinin tələbləri bu işə könüllü cəlb olunublar. Onlar şəhid ailələrindən əşyaları toplayaraq muzeyə təhvil verirlər. Bu iş Mədəniyyət Nazirliyi tərəfindən İstiqlal Muzeyinə tapşırılıb. Proses davam edir. Gələcəkdə Zəfər Muzeyi fəaliyyətə başladığı zaman həmin əşyalar ora təhvil veriləcək”, - deyə Sədi Mirseyibli qeyd edib.(Azərtac)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 23-05-2023, 13:25