mobil versiya

“Mindən artıq rus əsgəri bölmələri özbaşına tərk edib”- Britaniya kəşfiyyatı


Rusiya məhkəmələri ilin əvvəlindən hərbi hissələrin icazəsiz tərk edilməsi ilə bağlı 1053 işə baxıb.
Bu barədə Britaniya Müdafiə Nazirliyindən bildirilib.
Britaniya kəşfiyyatının məlumatına görə, hərbi komandanlıq Ukraynadakı ordu birləşmələrində nizam-intizam problemini həll etmək üçün əbəs yerə çalışır.
“Güman ki, vəziyyət Rusiyada səfərbərlikdən sonra – 2022-ci ilin oktyabrından pisləşib. Rusiya Müdafiə Nazirliyinin nizam-intizamı yaxşılaşdırmaq səyləri hərbi məyusluğun əsas səbəblərini aradan qaldırmağa yönəlməyib. Hərbi komandanlıq, ilk növbədə, əsgərlərdə vətənpərvərlik hissini artırmağa çalışır.
Hərbi hissələri icazəsiz tərk etməkdə təqsirli bilinən rusların əksəriyyəti şərti cəzaya məhkum edilir. Bu o deməkdir ki, onlar yenidən cəbhəyə göndərilə bilər”, – Britaniya Müdafiə Nazirliyi qeyd edir.
“Mediazona” isə yazır ki, prezident Vladimir Putinin səfərbərlik haqqında fərmanına əsasən, şərti cəzaya məhkum edilmiş hərbçilər cəbhəyə qaytarıla bilər. Nəşrin məlumatına görə, bölmələri icazəsiz tərk etməkdə ittiham olunan hərbçilərin əksəriyyəti şərti cəza alıb.

KARUSEL / DÜNYA
Tarix: 24-05-2023, 18:04