mobil versiya

Suyun qiyməti bahalaşacaqmı?


Yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir.
Bunu Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
O bildirib ki, bununla bağlı "Azərsu" Tarif Şurasına müraciət etməyib: "Məsələ gündəmdə deyil. Biz Tarif Şurasına bu barədə müraciət etməmişik".
Qeyd edək ki, "Azərsu" ASC-də brifinq keçirilir. Brifinqdə bildirilib ki, sudan israfçılığın qarşısını almaq üçün hazırlanan tədbirlər planına uyğun olaraq hər bir rayon üzrə yaradılan xüsusi qruplar mayın 1-dən fəaliyyətə başlayıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-05-2023, 16:47