mobil versiya

Bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı keçiriləcək



Bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatına start veriləcək.
“Baku Crystal Hall”da təşkil olunacaq yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda gücünü sınayacaq.
Yeddi gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.



KARUSEL / İDMAN
Tarix: 29-05-2023, 09:22