Minskdə Azərbaycanın Dövlət Bayrağı videoproyeksiya edilib

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunub.
Mayın 28-də axşam saatlarından etibarən Milli Kitabxananın binası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.
Videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
KARUSEL / SİYASƏT
Tarix: 29-05-2023, 15:39