mobil versiya

Kinorejissor Elxan Qasımov vəfat edib


Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov mayın 29-da vəfat edib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-05-2023, 19:35