mobil versiya

“Biz İran məsələsini dərindən müzakirə etdik” - İsrail Prezidenti



“Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”.
Bu fikirləri İsrail Prezidenti İsxak Hersoq mayın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxış edən zaman bildirib.
“Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”, - İ.Hersoq vurğulayıb.
Prezident İlham Əliyev israilli həmkarını Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, Yaxın Şərqə təsiri barədə məlumatlandırıb.
KARUSEL / SİYASƏT
Tarix: 30-05-2023, 19:39