mobil versiya

Tovuz sakininin evindən 25 kq narkotik götürülüb



Polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Düz Qırıqlı kənd sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş A.Cəlilovun evinin zirzəmisindən 25 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 19-11-2019, 13:30