mobil versiya

Çin və Hindistan razılığa gəliblər



Çin və Hindistanın müdafiə rəsmiləri qalan sərhəd məsələlərini mümkün qədər tez həll etməyə razılaşıb.
Bu barədə Çinin Müdafiə Nazirliyi bəyanat yayıb. Bildirilir ki, hər iki tərəf gələcəyə yönəlmiş səmimi və açıq fikir mübadiləsi aparıb, hərbi və diplomatik kanallar vasitəsilə dialoqun sürətini saxlamaq və həll edilməmiş məsələləri mümkün qədər tez həll etmək barədə razılığa gəliblər.
Qeyd edək ki, 2020-ci ilin may ayında Hindistan-Çin sərhədindəki dağlıq Ladax bölgəsində hər iki tərəfdən itki ilə nəticələnən toqquşmalar baş verib. Hindistan Ladaxa 68 min əsgər, hərbi təyyarə, yüzlərlə tank və digər ağır silahlar yerləşdirib. Çin də bölgədəki hərbi varlığını əhəmiyyətli dərəcədə artırıb. Bir sıra danışıqlardan sonra Pekin və Yeni Dehli qoşunların sərhəd xəttindən çıxarılmasına başlayıb və bu hələ tamamlanmayıb.

KARUSEL / DÜNYA
Tarix: 12-10-2023, 09:03