mobil versiya

Qadın sürücü avtomobili 2 metrlik çuxura belə saldı – ANBAAN VİDEO



Sosial şəbəkədə minik avtomobilinin çuxura düşmə görüntüləri izləyənləri həm güldürüb, həm də kədərləndirib.

REPORTYOR.AZ
“avtosfer.az”a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da Braziliyada qeydə alınıb.

Kadrlarda, yolda torpaq yüklü yük maşınının keçdiyi və həmin anda iri bir çuxurun əmələ gəldiyi görülür. Bundan sonra bir minik maşını eyni yoldan hərəkət edir, sürücü yolun çökdüyünü görür və maşınını döndərərək birinci zolaqla hərəkət edir. Ardından da daha bir avtomobil gəlir, ancaq bu birinci sürücü kimi diqqətli olmur. “Honda City” markalı avtomobili 2 metr dərinlikdə olan çuxura salır.

Yerli mətbuatın məlumatına görə, çuxura düşən avtomobilin qadın sürücüsü ilə sərnişini kiçik sıyrıqlarla xəstəxanaya çatdırılıblar.



KARUSEL / DÜNYA
Tarix: 22-11-2019, 10:30