mobil versiya

Bakı - Sumqayıt ekspress avtobusları sabahdan fəaliyyətə başlayır


Sabahdan Sumqayıt-Bakı ekspress avtobuslar fəaliyyətə başlayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən xəbərə görə, artıq neoplanlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gətirilib.
Gediş haqqi 80 qəpik təşkil edəcək.
Qeyd edək ki, Baku Bus” MMC-nin "Instagram" səhifəsində yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xəttinin fəaliyyətə başlaması barədə məlumat yayılmışdı.
Məlumatda qeyd olunub ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.
Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. Gediş haqqi 80 qəpik təşkil edəcək.
Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-01-2024, 17:31