Cavanşir Quliyevin əməliyyatı uğurla keçib

Bu barədə Diaspora Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı açıqlama verib.
“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib. Hər şey yolundadır”-deyə, V. Vahidıqızı deyib.
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib.
74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-02-2024, 15:52