mobil versiya

Türkiyədə Çin kəşfiyyatına işləməkdə şübhəli bilinənlər saxlanılıb



İstanbulda Çin kəşfiyyatına işləmək şübhəsi ilə 6 nəfər saxlanılıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd edilib ki, bu səhər İstanbulda keçirilən əməliyyatda 7 şübhəlidən 6-sı saxlanılıb. 1 şübhəlinin tutulması istiqamətində işlər davam edir.
Həmçinin bildirilib ki, topladıqları məlumat və sənədləri Çin Xalq Respublikasının kəşfiyyat ünsürlərinə ötürdükləri iddia edilən şübhəlilər haqqında həbs qərarı çıxarılıb.
KARUSEL / DÜNYA
Tarix: 20-02-2024, 17:02