mobil versiya

İsveçin iqlim məsələləri üzrə səfiri və COP29 üzrə baş müzakirəçisi Bakıda səfərdə olub



Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində İsveçin iqlim məsələləri üzrə səfiri və COP29 üzrə baş müzakirəçisi Mattias Frumerie 11-12 mart tarixlərində Bakıda səfərdə olub. 
Səfir Frumerie COP29-un prezidenti nazir Muxtar Babayev, Azərbaycanın COP29 üzrə baş müzakirəçisi xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev, COP29 Təşkilat Komitəsinin baş icraçı direktoru energetika nazirinin müavini Elnur Soltanov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri söbəsinin müdir müavini Həbib Mikayıllı və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynovla faydalı görüşlər keçirdi. O, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də Azərbaycanda fəaliyyət göstərən BMT agentlikləri və beynəlxalq maliyyə institutları ilə görüşərək COP29 öncəsi onların düçüncələrini və gözləntilərini öyrəndi. Səfərin sonunda ADA Universitetində tələbələrlə maraqlı görüş keçirildi.
İsveç COP29-da iqlimlə bağlı tədbirlərin aktuallığını və imkanlarını əks etdirən iddialı nəticəyə nail olmaq üçün Azərbaycanla birgə işləməyə hazırdır.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-03-2024, 16:11