mobil versiya

Kadırov qardaşı oğlunu yüksək vəzifəyə təyin etdi




Çeçenistan rəhbəri Ramzan Kadırov 23 yaşlı qardaşı oğlu Həmzət Kadırovu respublikanın idman naziri təyin edib.

BAKU.WS xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb.

Həmzət Kadırov buna qədər Kurçaloyev rayonunun rəhbəri olub.

"O, mükəmməl idarəetmə bacarığı ortaya qoyub. Əminəm ki, yeni postda vəzifələrinin öhdəsindən gələcək. Həmzət aktiv həyat tərzi keçirir, idmandakı vəziyyəti yaxından izləyir, federasiyalardakı vəziyyəti yaxşı bilir, problemlər və inkişaf perspektivləri barədə dəqiq anlayışı var", - deyə Kadırov qardaşı oğlu barəsində fikirlərini bölüşüb.

KARUSEL / DÜNYA
Baxılıb: 10 Tarix: 13-02-2020, 11:22


Şərh bildir
yenilə, əgər kod görünmürsə