DYP sürücülərə xəbərdarlıq edib

Reportyor.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, ələlxüsus onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 31-01-2025, 11:09