Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə gedib

Mayın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.
Reportyor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani, habelə digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
KARUSEL / SİYASƏT
Tarix: 12-05-2025, 09:00