mobil versiya

Ötən il elm, təhsil, səhiyyə və sosial müdafiəyə xərclənən vəsait nə qədər olub?



2024-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və təminat, mədəniyyət, informasiya və gənclər siyasəti sahələrinə dövlət büdcəsindən 11,5 milyard manat vəsait ayrılıb.
Bu məbləğ ümumi büdcə xərclərinin 30,6 faizini təşkil edir və əvvəlki illə müqayisədə 259 milyon manat və ya 2,3 faiz çoxdur.

Bu sözləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Nazir qeyd edib ki, xərclərin bu səviyyədə saxlanılması sosial rifahın qorunması, insan kapitalının inkişafı və dayanıqlı sosial siyasətin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-05-2025, 12:51