Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında parazit və bakteriyalar aşkarlanıb

Nəzarət tədbirləri çərçivəsində Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb.
Reportyor.az xəbər verir ki, bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb.
Həmçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
Məhsulun adı | İstehsal və son istifadə tarixi | Mənşə ölkəsi | İxracatçı müəssisə |
Dondurulmuş balıq | 03.04.2025 - 03.04.2026 | Rusiya | ООО «Food Team» |
Soğan halqası | 20.08.2024 -20.08.2025 | Rusiya | ООО «МИРАТОРГ» |
Ərik qurusu | 01.04.2025 - 01.04.2027 | İran | “Trading Mirebrahim Seyed Alaei” |
Turşu lavaş | 01.02.2025 - 01.02.2027 | İran | “Elyas Naderi Bezdi” |
KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-05-2025, 17:28