Çindən idxal olunan baytarlıq preparatı məhv edilib

Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Reportyor.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26900 ədəd 100 ml-lik (suspenziya) və 20400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-06-2025, 11:35