mobil versiya

“Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib



Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə əməkdaşlığı çərçivəsində sentyabrın 10-da “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin rəsmiləri, həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Baş Prokurorluq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

İctimai müzakirənin əsas məqsədi qanunsuz tibbi fəaliyyət hallarına qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması, mövcud hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət qurumları ilə özəl sektor arasında daha sıx dialoqun formalaşdırılması, özəl klinikaların reputasiyası, ictimaiyyətin etimadının möhkəmləndirilməsi və ictimai məsuliyyətin artırılmasıdır.

Tədbirin sonunda ÖTMA İdarə Heyətinin sədri Günel Əliyeva bildirib ki, təkliflər ümumiləşdiriləcək və aidiyyatı üzrə dövlət qurumlarına, digər maraqlı tərəflərə təqdim olunacaq. ÖTMA qarşıda bu istiqamətdə fəal işləməyə davam edəcək və səylərin əlaqləndirilməsi üçün birgə təşəbbüslər irəli sürəcək.

Reportyor.az




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:23