mobil versiya

İrandan Azərbaycan keçən iki nəfər ölkələrinə təhvil verilib




Sentyabrın 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bu barədə məlumat yayıb.

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.

Reportyor.az



KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 10:19