mobil versiya

Ankarada tarixi razılaşma: "Barış Pınarı"da 120 saatlıq atəşkəs



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın vitse prezidenti Maykl Pensi qəbul edib.

Musavat.com xəbər verir ki, ABŞ və Türkiyə nümayəndə heyətlərinin görüşündən sonra açıqlama verən M.Pens Türkiyə və ABŞ-ın Suriyada atəşkəs üçün razılıq əldə etdiyini bildirib. 

Donald Tramp Türkiyə prezidenti ilə ABŞ-in vitse prezidentinin görüşündən dərhal sonra Tvitterdə Ərdoğana təşəkkür edib: “Türkiyədən gözəl xəbərlər var, milyonlarla həyat xilas olacaq. Vitse prezident Maykl Pens və ABŞ dövlət katibi Maykl Pompeo bir azdan mətbuat konfransı təşkil edəcəklər. Prezident Ərdoğana təşəkkür edirəm”.

Türkiyə xarici işlər naziri Çavuşoğlu Türkiyənin istədiyinə nail olduğunu bildirib: “Prezident Ərdoğanın liderliyi ilə istədiyimizi aldıq, PKK/YPG-nin çıxması üçün “Barış Pınarı” əməliyyatına 120 saat ara verəcəyik”.

***

"Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saatlıq dayandıracaq"

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.

O, qeyd edib ki, ABŞ Türkiyənin Suriyada əməliyyat zonasından PKK terrorçularının çıxarılmasına kömək edəcək.

Bundan başqa, ABŞ Türkiyə ilə bağlı yeni sanksiyalar tətbiq etməyəcək. Maykl Pens qeyd edib ki, Suriyanın şimal-şərqində atəşin dayandırılması haqqında razılaşmanın reallaşdırması müddətində ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları ləğv etməyə hazırdır.

"ABŞ hərbçiləri Suriyanın şimalına qayıtmayacaq", - deyə ABŞ-ın vitse-prezidenti Türkiyənin dövlət başçısı ilə danışıqlardan sonra qeyd edib.

"Prezident (Donald Tramp) aydın şəkildə bildirdi ki, bizim hərbçilər orda olmayacaq. Biz hərbi aspektdə vəziyyətlərdə iştirak etməyəcəyik", - Pens əlavə edib.

Onun sözlərinə görə, ABŞ vəziyyətin diplomatik yollarla nizamlanmasında iştirak edəcək.

MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 17-10-2019, 22:10