mobil versiya

“20 Yanvar” qətliamının təşəbbüskarına sərgi açan rektor kimdir?- SABİQ DEPUTAT, SİYASİ FƏAL BİLMİRMİ Kİ..



Bakı Slavyan Universitetində cəmiyyətdə böyük narazılığa səbəb olan hadisə baş verib.

Gununsesi.org-un xəbərinə görə, adıçəkilən təhsil ocağında “20 Yanvar” qətliamının təşəbbüakarı olan Yevgeni Primakovun sərgisi təşkil olunub. Bununla bağlı rəsmi məlumatda bildirilir ki, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilimiş esse müsabiqəsində qalib gələrək diplomla təltif ediliblər.

Bu münasibətlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Xəbərin ictimailəşməsindən dərhal sonra sosial şəbəkələrdə narazılıqlar baş qaldırıb. Bəs görəsən, Primakova sevgi göstərən rektor kimdir? Saytımızın araşdırması zamanı bəlli olub ki, BSU-nun rektoru təsadüf şəxs deyil. Belə ki, 5 il Milli Məclisin üzvü olan rektor Nurlana Əliyeva həm də aktiv siyasətlə məşğuldur. Hazırda YAP Qadınlar Şurasının sədri olan Nurlana Əliyevanın Primakovun xalqımızın düşməni olmasını bilməməsi mümkün deyil. Araşdırmamız zamanı bəlli oldu ki, Nurlana Əliyevanın oğlu Bakı Şəhər İcra Hakimiyyətində hüquq şöbəsinin müdiridir. Bundan başqa o, Milli Məclisin komitə sədri Hadı Rəcəbli ilə qudadır. Həmçinin, Nurlana Əliyevanın əksər qohumları dövlətdə yüksək vəzifə tutur. Onun hakim partiya tərəfindən cəzalandırılıb-cəzalandırılmamasını isə öyrənməyə çalışacağıq.



MANŞET / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 1-11-2019, 12:15