mobil versiya

64 yaşında ana olan qadının görüntüləri yayıldı - VİDEO



Azərbaycanda 64 yaşlı qadın 40 illik evlilikdən sonra süni mayalanma yolu ilə ana olub. Özəl xəstəxanalarının birində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirilən əkizlərin atasının 70 yaşı var. Uşaqlardan biri qız, digəri oğlandır. Ana və uşaqların vəziyyəti yaxşıdır.

BAKU.WS xəbər verir ki, qadının görüntüləri xəstəxananın sosial şəbəkə səhifəsində paylaşılıb. 

Qeyd edək ki, bu Azərbaycanda ilk hadisədir. Belə ki, postsovet ölkələrində də 64 yaşlı qadının uşaq dünyaya gətirməsi ilk dəfədir baş verir. Dünyada 64 yaşında övlad sahibi olan 5 qadın var.


Sözügedən kadrları təqdim edirik:





MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 24-10-2019, 20:00