mobil versiya

Bu gün ilin ilk Ay tutulması olacaq


Bu gün 2023-cü ilin 1-ci Ay tutulması baş verəcək.
Bu, yarımkölgəli Ay tutulmasıdır.
Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayacaq və saat 23:31:40-da sona çatacaq. Tutulmanın maksimumu 21:22:55-də olacaq.
Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq.
Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.
Qeyd edək ki, 2023-cü ilin 2-ci Ay tutulması oktyabrın 28-də baş verəcək.


MARAQLI / KARUSEL
Tarix: 5-05-2023, 08:25