mobil versiya

Yerə asteroid yaxınlaşır



ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2023 HT4 asteroidinin mayın 12-də Yerin yanından keçəcəyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Sürət Laboratoriyası məlumat yayıb.
Göy cisminin uzunluğu 76 metrdir.
Asteroid Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. O, saatda 32 min km-dən çox sürətlə hərəkət edir.
NASA mütəxəssisləri adətən potensial təhlükəli astronomik obyektlərin statusunu onlar Yerə 7,5 milyon km-dən az məsafədə yaxınlaşdıqda və göy cisminin diametri 100-150 m-dən çox olsa verirlər. Belə cisimlər quruya düşsələr dağıntılara, okeana düşsələr sunamiyə səbəb ola bilər.
2023 NT4 asteroidi eyni zamanda hər iki meyara cavab vermədiyi üçün potensial təhlükəli hesab edilmir.

MARAQLI / KARUSEL
Tarix: 9-05-2023, 09:17