mobil versiya

Mercedes-in qeyri-adi modeli təqdim edildi: qapıları yoxdur



Almaniyanın avtomobil nəhəngi Mercedes "Vision AVTR" modelini təqdim edib.

REPORTYOR.AZ ted.az-a istinadən bildirir ki, yeni konsept avtomobilin sahib olduğu dizayn elmi-fantastik filmləri xatırladır. Model hələlik yol testinə çıxarılmayıb. Ancaq yeni konsept Mercedes-in gələcəkdə modellərinin nə cür istehsal ediləcəyini ortaya çıxıb. Mercedes sözügedən modeli "Avatar 2" filminin effektlərindən istifadə edərək təqdim edib.

"Vision AVTR" modeli dizaynı ilə digər avtomobillərdən çox fərqlənir.

Modeldə ilk diqqət çəkən detal qapılardır. Çünki avtomobilin qapısı yoxdur. Maşının arxasında isə 33 ədəd hərəkət edə bilən qapaqcıq var. Təqdimatda bu qapaqcıqların sərnişinlərə çöl tərəfi göstərdiyi, bundan əlavə avtomobilə enerji verdiyi bildirilib. Ancaq qapaqcıqlar ilə necə bir enerji depolandığı bəlli deyil.

MARAQLI / KARUSEL
Tarix: 10-01-2020, 09:40