mobil versiya

Azərbaycanda daha 62 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 830 918 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 216 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 485 nəfərdir.
Ölkədə son sutka ərzində 1321, hazırkı dövrədək isə 7 578 265 test aparılıb.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 18-04-2023, 12:46