mobil versiya

Bayram günlərində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib



Bayram günlərində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 15-i toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından zəhərlənib. Bir nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən bir nəfər (qadın) dünyasını dəyişib.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 25-04-2023, 16:11