mobil versiya

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti barədə məlumat verildi - YENİLƏNİB - VİDEO



Ağdamda minaya düşən ANAMA əməkdaşının vəziyyəti stabildir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2021-ci il 6 avqust tarixində işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Agentliyin əməkdaşı Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib, baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub.

“Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir”, - deyə məlumatda bildirilir.

***15:29

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaya düşən əməkdaşı Fərid Əliyevin görüntüləri yayılıb.

Qeyd edək ki, F.Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman partlayış baş verib, nəticədə istehkamçı müxtəlif dərəcəli xəsarətlər alıb.





SON XƏBƏR / KARUSEL
Tarix: 6-08-2021, 17:13