mobil versiya

Tokio Olimpiadası: İrina Zaretska üçüncü görüşündə məğlub oldu - YENİLƏNİB




Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü görüşünü keçirib.

BAKU.WS xəbər verir ki, idmançımız bu dəfə Sofya Berultsevaya (Qazaxıstan) 4:5 hesabı ilə məğlub olub.

O, qrupda sonuncu qarşılaşmasını Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.

*** 10:27

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

BAKU.WS xəbər verir ki, idmançımız Silviya Semeraroya (İtaliya) 3:2 hesabı ilə qalib gəlməyi bacarıb.

Qeyd edək ki, qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

***09:37

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə uğurlu start verib.
BAKU.WS xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusaya qalib gəlib.

Zaretska rəqibindən 4:1 hesabı ilə üstün olub. O, qrupda növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.

SON XƏBƏR / KARUSEL
Tarix: 7-08-2021, 10:30