mobil versiya

Nazir şöbə rəisini işdən çıxardı




Təhsil naziri Emin Əmrullayevin əmri ilə Göygöl rayon Təhsil Şöbəsinin rəisi Elbrus Atayev tutduğu vəzifədən azad olunub.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə Elbrus Atayev özü məlumat verib. "İşdən çıxmağımla bağlı ərizəni özüm yazdım. Səbəb yorğunluğumdur", - deyə E.Atayev bildirib.

Məlumat üçün qeyd edək ki, Elbrus Atayev 12 il Göygöl rayon Təhsil Şöbəsinin rəisi vəzifəsində çalışıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 14-08-2021, 14:08