mobil versiya

İlham Əliyev Qlobal Bakı Forumunda erməni vandalizmindən DANIŞDI



“Azad edilmiş ərazilərimiz tamamilə yerlə-yeksan olunub. Orada heç bir bina qalmayıb. Hətta qeyd edim ki, bütün tarixi binaları, 67 məsciddən 65-ini dağıdıblar, bütün ictimai binaları yerlə-yeksan ediblər”. 

REPORTYOR.AZ-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, bu, əslində barbarlığın təzahürüdür. 

Prezident qeyd edib ki, hazırda Azərbaycan dövləti azad edilmiş əraziləri bərpa edir:

“Genişmiqyaslı dövlət proqramının həyata keçirilməsinə başlanılıb. Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan artıq soydaşımızı, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalacaq”.  

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 4-11-2021, 10:30