mobil versiya

Onlayn yolla narkotik alıb, istirahətə getdi - VİDEO




Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan REPORTYOR.AZ-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağdam rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər də məhkum olunmuş Sərdar Əsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 700 qrama yaxın narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində onları sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla aldığını, Şamaxıya isə gəzmək məqsədilə gəldiyini bildirib.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 20-01-2022, 10:30